QİÇS yalnız tibbi problem deyil - FOTO

QİÇS yalnız tibbi problem deyil - FOTO
  • Sosial / Manşet

  • IIV virusuna bərbər yanında saç kəsdirdikdə də, pedikür və manikür etdikdə də, tibb işçisi iynə vurduqda da yoluxmaq olar.

    Asiya.az xəbər verir ki, dünyada IIV infeksiyası ilə yaşayan 40 milyona yaxın insan vardır. Bir çox insanlar ya ictimai qınaqdan, yaxud da maddi imkansızlığını əsas gətirərək IIV-ə görə müayinədən keçmir. Halbuki ilkin diaqnoz xəstəliyin müalicəsi üçün mühüm rol oynayır.

    Qazanılmış İmmun Çatışmazlığı Sindromu İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsidir.

    QİÇS xəstəliyi zamanında aşkarlanmasa və müayinə olunmasa, sonda ölümlə nəticələnir. İnsanlar arasında ölüm riskinin azaldılması üçün maariflənməyə böyük ehtiyac var. QİÇS-in profilaktikası hər bir insanın şəxsi işi olmalıdır. Bunun üçün isə məlumatlılıq artmalı və insanlar öz sağlamlığının qeydinə qalmalıdırlar.

    Gənclər sağlamlıqlarını qorumaq üçün maarifləndirici aksiyalarda, tədbirlərdə iştirak etməkdə maraqlı olmalıdırlar. Gənclər öyrəndikləri tibbi bilikləri ətrafdakılara da öyrətməlidirlər. Tibbi biliklərlə bağlı internetdə kifayət qədər məlumatlar var. Bu biliklər həm gənclərin özlərinin, həm də yaxınlarının sağlamlığının qorunmasına kömək edər.

    Biz QİÇS və digər yoluxucu xəstəliklərlə mübarizədə səbəbləri araşdırmalıyıq və onları aradan qaldırmalıyıq.

    QİÇS yalnız tibbi problem deyil - FOTO
    Azərbaycanda minlərlə insan IIV və QİÇS-in daşıyıcısıdır. Bu gün IIV virusuna bərbər yanında saç kəsdirdikdə də, pedikür və manikür etdikdə də, tibb işçisi iynə vurduqda da yoluxmaq olar. Buna görə də insanlar yoluxma mənbələri haqqında çox məlumatlı olmalıdırlar ki, virusdan qoruna bilsinlər.
    Ölkədə insanların sağlamlığının qorunması üçün dövlət tərəfindən tədbirlər həyata keçirilsə də, insanlar özləri də sağlamlıqlarına etinasız yanaşmamalıdırlar.

    Mən QİÇS-ə görə müayinənin məcburi olmasının tərəfdarıyam. Amma beynəlxalq tələblərdə bu, insan hüquqlarının pozulması kimi dəyərləndirilir. Buna görə də bu gün yalnız hamilə qadınlar və xəstəxanaya yerləşdirilən xəstələr məcburi qaydada QİÇS-ə görə müayinədən keçirilir.

    QİÇS yalnız tibbi problem deyil. Buna görə də ona qarşı mübarizədə yalnız tibb işçiləri deyil, bütün əhali iştirak etməlidir. Bu infeksiya sosial əhəmiyyətli infeksiyon xəstəlikdir. Ondan qorunmaq üçün sağlam həyat tərzi keçirmək, zərərli vərdişlərdən uzaq olmaq lazımdır.

    Son illər Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini gündən-günə gücləndirir, əhali arasında maarifləndirmə tədbirlərini artırır.

    Respublika QİÇS-lə Mübarizə Mərkəzinin jurnalis və blogerlər üçün vaxtaşırı keçirdiyi təlimlər cəmiyyətin media vasitəsilə xəstəlik barəsində məlumatlandırılması və xəstələrə qarşı tolerant münasibətin bəslənməsinə nail olmaq məqsədi daşıyır.
    Kütləvi informasiya vasitələrinin İİV/QİÇS-lə bağlı stiqma və diskriminasiya ilə mübarizədə böyük rolu var. Həmin təlimlərdə Jurnalist və blogerlər Virus və xəstəliklə bağlı media standartları, xəbərin təqdimedilmə qaydası, cəmiyyətin düzgün maarifləndirilmə formaları və xəstəliklə mübarizədə qalibgəlmə yolları haqqında öyrənirlər.
    QİÇS yalnız tibbi problem deyil - FOTO

    Belə təlimlərin birində mən də iştirak edib, öyrəndiklərimi Baş redaktoru olduğum “Asiya.az” xəbər portalında dərc edib, sosial şəbəkələrdə paylaşmışam (Respublika QİÇS-lə Mübarizə Mərkəzi təlim kursu keçdi - FOTO/VİDEO). Belə təlim xarakterli tədbirdən sonra QİÇS-lə bağlı daha çox maraqlanır və əldə etdiyim bilgiləri öz oxucularımla bölüşürəm. Düşünürəm ki, cəmiyyətin maariflənməsi üçün bu tipli yazıların əhəmiyyəti böyükdür.
    Cəfər Cəfərov
    PAYLAŞ:

    Oxşar xəbərlər