Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edildi

Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edildi
  • Siyasət

  • Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamda deyilir:

    "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilsin".
    PAYLAŞ:

    Oxşar xəbərlər