Ombudsman nümayəndələri Tofiq Yaqublu ilə görüşdü

Ombudsman nümayəndələri Tofiq Yaqublu ilə görüşdü
  • Siyasət / Manşet

  • İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzinə həyata keçirilib.

    Asiya.az xəbər verir ki, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı burada saxlanılan bir sıra şəxslər, o cümlədən Tofiq Yaqublu qəbul edilərək konfidensial qaydada dinlənilib, müraciətləri qəbul olunub. Müəssisədə saxlanılan şəxslərin hüquqlarının təmin olunma vəziyyəti, qaldırılan məsələlər, sənədləşmə araşdırılıb, onların bir sıra müraciətləri, o cümlədən T.Yaqublunun ailə üzvü ilə görüşü və saxlanma şəraiti ilə bağlı müraciəti təmin edilib.

    Başçəkmənin yekunu və qaldırılan məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər