Nizami RİH-in başçısı Arif Qasımov rayon sakinləri ilə səyyar qəbul-görüş keçirdi - FOTOLAR

Nizami RİH-in başçısı Arif Qasımov rayon sakinləri ilə səyyar qəbul-görüş keçirdi - FOTOLAR
  • Sosial

  • 23 oktyabr 2019-cu il tarixində 62 №-li məktəb-liseydə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun R.Rüstəmov küçəsi 13, 13a, 17, 19, K.Balakişiyev küçəsi 46a, 46 və M.Abbasov küçəsi 41, 43 saylı binaların sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

    Asiya.az xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 2 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak edib.

    Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq yerlərdə mütəmadi olaraq səyyar qəbulların keçirildiyini bildirib, rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.

    Qəbulda sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən ətraflı cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

    Səyyar qəbulda çıxış edən sakinlərin yaşadıqları binaların istilik sisteminin, dam örtüklərinin və liftlərin təmiri, məhəllənin abadlaşdırılması və digər sosial problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, müraciətlərdən bir qismi yerindəcə həll edilib, digərləri isə əlavə araşdırmalara ehtiyac olduğuna görə aidiyyəti təşkilatlara həll edilməsi üçün müvafiq tapşırıqlar verilib və nəzarətə götürülüb.


    Nizami RİH-in başçısı Arif Qasımov rayon sakinləri ilə səyyar qəbul-görüş keçirdi - FOTOLAR
    Nizami RİH-in başçısı Arif Qasımov rayon sakinləri ilə səyyar qəbul-görüş keçirdi - FOTOLAR
    Nizami RİH-in başçısı Arif Qasımov rayon sakinləri ilə səyyar qəbul-görüş keçirdi - FOTOLAR
    Nizami RİH-in başçısı Arif Qasımov rayon sakinləri ilə səyyar qəbul-görüş keçirdi - FOTOLAR
    Nizami RİH-in başçısı Arif Qasımov rayon sakinləri ilə səyyar qəbul-görüş keçirdi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər