Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - TAM SİYAHI

Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - TAM SİYAHI
  • Cəmiyyət / Manşet

  • Xəbər verdiyimiz kimi, ötən gün baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov yaşları ilə əlaqədar olaraq vəzifələrindən istefa veriblər.

    İstefa ərizələrini Prezident İlham Əliyevə təqdim edən zaman ölkə başçısı bildirib ki, sizin bu addımınız ümid edirəm iqtidar komandasında təmsil olunan digər yoldaşlara yaxşı bir örnək olacaq.

    Asiya.az xəbər verir ki, əksər ekspertər Prezidentin bu açıqlamasından sonra pensiya yaşına çatan digər məmurların da istefa verəcəyini bildirirlər.

    Hazırda mərkəzi icra hakimiyyəti orqanlarına - nazirliklərə rəhbərlik edənlər arasında pensiya yaşına çatan yalnız bir nəfər (Səhiyyə naziri Oktay Şirəliyev, 69 yaş) olduğu halda, yerli icra hakimiyyəti orqanların rəhbərləri arasında penisya yaşını ötənlərin sayı çoxdur.

    Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda pensiya yaşı kişilər üçün 64 il 6 ay, qadınlar üçün 61 il 6 aydır.

    Məsələnin aktuallığnı nəzərə alaraq penisya yaşına çatan şəhər və rayon icra hakimiyyəti başçılarını təqdim edirik:

    1. Şəmsəddin Xanbabayev - Xaçmaz RİH-in başçısı - 80 yaş
    2. Mübariz Əhmədzadə - Zaqatala RİH-in başçısı - 72 yaş
    3. Alı Qocayev - Samux RİH-in başçısı - 72 yaş
    4. Məmməd Məmmədov - Tovuz RİH-in başçısı - 70 yaş
    5. Mirdaməd Sadıqov - İsmayıllı RİH-in başçısı - 69 yaş
    6. Bayram Səfərov - Şuşa RİH-in başçısı - 69 yaş
    7. Əhməd Muxtarov - Hacıqabul RİH-in başçısı - 68 yaş
    8. Adil Məmmədov - Qobustan RİH-in başçısı - 67 yaş
    9. Şahmar Usubov - Xocalı RİH-in başçısı - 66 yaş
    10. Malik İsaqov - Qubadlı RİH-in başçısı - 66 yaş
    11. Rafil Hüseynov - Masallı RİH-in başçısı - 66 yaş
    12. Zakir Fərəcov - Sumqayıt ŞİH-in başçısı - 65 yaş
    13. Nizaməddin Quliyev - Ağstafa RİH-in başçısı - 65 yaş
    14. Alı Alıyev - Füzuli RİH-in başçısı - 65 yaş
    15. Novruz Novruzov - Siyəzən RİH-in başçısı - 65 yaş
    PAYLAŞ:

    Oxşar xəbərlər