Azərbaycanda mikroavtobus qəzaya düşdü

Azərbaycanda mikroavtobus qəzaya düşdü
  • Olay

  • Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Asiya.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 198-ci kilometrliyində, rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, Ağdam rayon sakini Ramil Akif oğlu Rüstəmov idarə etdiyi "Mercedes" markalı sərnişin mikroavtobusu ilə Bakı istiqamətində hərəkətdə olan zaman eyni istiqamətdə hərəkət edən Bakı şəhər sakini Dağlar Heydər oğlu Məcidovun idarə etdiyi "Chevrolet" markalı avtomobilə arxadan çarpılıb.

    Nəticədə "Chevrolet"in sürücüsü və avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Bəsti Məhəmməd qızı Məcidova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Fakt araşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər