Kərbəlaya gedən azərbaycanlı axund itkin düşdü

Kərbəlaya gedən azərbaycanlı axund itkin düşdü
  • Cəmiyyət

  • Kərbəla ziyarətinə gedən İmişli rayon sakini Yusifov Davər Qafar oğlu itkin düşüb.

    Asiya.az xəbər verir ki, Trend-ə bu barədə itkin düşən şəxsin yaxınları bildirib.

    Qeyd olunur ki, D.Yusifov bu ayın əvvəli yaxınları ilə İraqa Kərbəla ziyarətinə yola düşüb. Orada bir neçə gün ziyarətdə olan şəxs qəfil yoxa çıxıb.

    Yaxınlarının sözlərinə görə, onlarla birlikdə gedən şəxslər bu gün artıq geri qayıdıblar, ancaq D.Yusifovdan xəbər yoxdur. Kərbəlada D.Yusifovla birlikdə olan şəxslər onun itkin düşməsi barədə İraq hüquq-mühafizə orqanlarına da müraciət ediblər və şəhərdə fotolarını yayıblar.

    Qeyd edək ki, D.Yusifov İmişli rayon Sarıxanlı kəndinin axundudur.
    PAYLAŞ:

    Oxşar xəbərlər