Samira Qazaxıstanda Azərbaycanı təmsil edəcək

Samira Qazaxıstanda Azərbaycanı təmsil edəcək
  • Mədəniyyət

  • Hər il olduğu kimi bu il də Qazaxıstanda "Voice Of Nursultan” festivalına bir çox ölkələrdən ifaçılar dəvət olunub.

    Asiya.az xəbər verir ki, festivalda Azərbaycanı öz musiqiləri ilə müğənni Samira Əfəndi təmsil edəcək.

    Portuqaliya, Ukrayna, Gürcüstan, Rusiya və bir çox ölkələrdən festivala qatılan ifaçılar kimi Əfəndi də ayın 25-də öz mahnıları ilə, ayın 26-da isə qazax dilində mahnı ilə çıxış edəcək.

    Oktyabrın 28-da müğənni Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Belarusiyanın Minsk şəhərində Azərbaycan gənclər günü münasibəti ilə konsert proqramında çıxış edəcək.

    PAYLAŞ:

    Oxşar xəbərlər