Lerik rayonu Rvarud kəndində vətəndaşlarla səyyar qəbul keçirildi - FOTOLAR

Lerik rayonu Rvarud kəndində vətəndaşlarla səyyar qəbul keçirildi - FOTOLAR
  • Sosial

  • Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov 23 oktyabr 2019-cu il tarixdə rayonun Rvarud kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.

    Asiya.az xəbər verir ki, Rayon icra hakimiyyətinin başçısı cənab Prezident tərəfindən qəbul edilən Dövlət Proqramlarının uğurlu icrasından, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının, pensiya və müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından və digər sosial ödənişlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi.

    Səyyar görüş qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak edərək, vətəndaşlar dinlənildi.
    Görüş-qəbulda vətəndaşlar tərəfindən 14 məsələ qaldırıldı. Vətəndaşlar Çayrud kəndinə gələn avtomobil yolunun asfaltlaşdırılmasına, qəzalı vəziyyətdə olan Çayrud kənd mədəniyyət evi və Rvarud kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə, Rvarud, Təngəbin və Anzolu kəndləri arasında sərhəd mübahisəsinin həll edilməsinə, ərazidə əmək haqqı, pensiya və təqaüdlərin alınmasından ötrü bankomatın quraşdırılmasına, Çayrud kənd məktəbinin və Çayrud kənd məscidinin qazlaşdırılmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.

    Səyyar görüş-qəbulda təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd olundu. Qəbul zamanı qaldırılmış məsələlərdən 3-ü yerində həll edildi, 2-nin Dövlət Proqramında icrasının nəzərdə tutulduğu bildirildi, digər məsələlərlə bağlı müvafiq izahatlar aparıldı və məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.


    Lerik rayonu Rvarud kəndində vətəndaşlarla səyyar qəbul keçirildi - FOTOLAR
    Lerik rayonu Rvarud kəndində vətəndaşlarla səyyar qəbul keçirildi - FOTOLAR
    Lerik rayonu Rvarud kəndində vətəndaşlarla səyyar qəbul keçirildi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər