Oktay Gülalıyevi avtomobil vurdu - FOTO

Oktay Gülalıyevi avtomobil vurdu - FOTO
  • Cəmiyyət

  • Bu gün tanınmış hüquq müdafiəçisi, Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev avtomobil qəzasına düşüb.

    Asiya.az hüquq müdafiəçisinin oğlu Alı Gülalıya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında "28 May" metosu yaxınlığında baş verib.

    Alı Gülalı bildirib ki, atası qəzadan sonra kəllə beyin tramvası alıb. "Beyninə qan sızıb. Hazırda "Semaşko" xəstəxanasındadır. Vəziyyəti ağırdır".

    O deyib ki, həyat yoldaşının təkidi ilə Oqtay Gülalıyevi başqa xəstəxanaya aparmağı düşünürlər.

    "Gündəm Xəbər" qəzetinin baş redaktoru Şirin Cəfəri isə bildirib ki, Oqtay Gülalıyev piyadalar üçün nəzərdə tutulmuş zolaqla yolu keçərkən, ağ rəngli, 90 PZ 543 dövlət nömrə nişanlı "Hundai Aksent" markalı avtomobil vurub. Hadisəni törədən sürücü dərhal hüquq müdafiəçisini xəstəxanaya çatdırıb. 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilən Oqtay bəy dərhal müayinədən keçirilib. Hazırda Oqtay Gülalıyev həkimlərin nəzarətindədir. "Hadisəni törədən sürücü də buradadır".

    Hüquq müdafiəçisinin qəzaya düşməsini təxribat kimi qiymətləndirənlər də az deyil. Bəzilərinin qənaətinə görə, hakimiyyəti sərt tənqid edən Oqtay Gülalıyev qəsdən avtoqəzaya salına bilər. Lakin müşahidəçilər hesab edirlər ki, hadisəni törədən şəxsin hadisə yerindən qaçmaması, əksinə, hüquq müdafiəçisini öz maşını ilə xəstəxanaya çatdırması, habelə özünün də xəstəxanada olması işin təxribat olmasını deməyə əsas vermir.

    Asiya.az xəbər verir ki, Oqtay Gülalıyevin faktiki vəziyyəti ilə bağlı həkimlər hələ də açıqlama yaymayıblar.
    jam.az

    Oktay Gülalıyevi avtomobil vurdu - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər