İraq çobanları İŞİD-in xəzinəsini tapıblar

İraq çobanları İŞİD-in xəzinəsini tapıblar İraq çobanları ölkənin qərbindəki səhrada İŞİD terror qruplaşmasının başçıları tərəfindən gizlədilmiş milyonlarla dollar məbləğində xəzinəsini tapıblar.

Asiya.az xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı bildirib.

Məlumata görə, terror qruplaşmasının silahlıları Anbar əyalətindəki səhrada dollarları, qızılları və gümüşləri gizlədiblər. Bunların ümumi məbləği 25 milyon dollardır.

"Yerli çobanlar İŞİD-in xəzinəsini tapıblar", - deyə telekanal xəbəri şərh edib.(report)

Oxşar xəbərlər