Əhəd Abıyev Qazaxlı kəndində səyyar qəbul keçirdi - FOTOLAR

Əhəd Abıyev Qazaxlı kəndində səyyar qəbul keçirdi - FOTOLAR Oktyabrın 30-da Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu Əmirvar inzibati ərazi vahidliyinə daxil olan Qazaxlı kəndində olub.

Asiya.az xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev səyyar qəbul-görüşdə çıxış edərək deyib: “Əvvəlki səyyar qəbullarda olduğu kimi bugünkü görüşümüzün də əsas məqsədi siz kənd sakinlərini narahat edən məsələlərin həllidir. Vurğulamaq istəyirəm ki, vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənərək daxili imkanlar hesabına operativ şəkildə yerində həll edirik, ehtiyac olduğu halda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına lazımi məlumat verməklə aidiyyəti nazirliklər və təşkilatlar qarşısında məsələ qaldırırıq, icrası nəzarətə götürülür”.

Rayon İcra Hakimiyyətinin başçısı sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ildə qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, eyni zamanda son günlər edilən mühüm təyinatların, aparılan kadr islahatlarının yerlərdə düzgün, uğurlu müsbət addım kimi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilməsi barədə məlumat verib. Bildirib ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər ardıcıl olaraq yüksək səviyyədə davam edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı sərəncamlarla minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılmış, hərbi və hüquq-mühafizə orqanları əməkdaşlarının və mülki işçilərin, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları əhəmiyyətli dərəcədə artırılmışdır. Həyata keçirilən tədbirlər 1 milyon 350 min nəfərdən çox vətəndaşın əməkhaqqının artımına səbəb olmuşdur. 750 min nəfərin pensiyasında artım baş vermişdir. Bu isə ölkədə ümumi pensiyaçıların təqribən 60 faizi deməkdir.

Rayon rəhbəri daha sonra qəbul edilmiş Dövlət Proqramlarının icrası nəticəsində Daşkəsən rayonunda, o cümlədən Qazaxlı kəndində görülmüş işlər barədə danışıb və 2019-2023-cü illəri əhatə edən regionların sosial iqtisadi inkişafı Dövlət Proqramında icrası nəzərdə tutulmuş abadlıq-quruculuq işlərini sakinlərin diqqətinə çatdırıb.

Əhəd Abıyev xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq 24,5 km uzunluğunda olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulmasında son tamamlama işləri görülür. Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisindən sonra vətəndaşların gediş-gəlişi, yük və sərnişin daşınması daha da asanlaşmış, bu sahədə olan problemlər tam öz həllini tapmış, yolboyu 9 yaşayış məntəqəsində yaşayan 3 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir göstərən kənd təsərrüfatının ayrı-ayrı sektorlarının inkişafı üçün əlverişli şərait yaranmışdır. Bununla yanaşı, yeni tikilən avtomobil yolu bölgədə turizmin inkişafına daha geniş imkanlar yaratmışdır.

Səyyar-qəbulda Qazaxlı kənd sakinlərinin müraciətləri dinlənilib.

Müraciətlər kəndə qaz xəttinin və internetin çəkilməsi, yeni çəkilmiş yola ağırtonnajlı yük avtomobillərinin buraxılmaması və digər şəxsi məsələlər barədə olub.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq gətirib, qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerində həll edilib.

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən qəbullara, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı


Əhəd Abıyev Qazaxlı kəndində səyyar qəbul keçirdi - FOTOLAR
Əhəd Abıyev Qazaxlı kəndində səyyar qəbul keçirdi - FOTOLAR
Əhəd Abıyev Qazaxlı kəndində səyyar qəbul keçirdi - FOTOLAR
Əhəd Abıyev Qazaxlı kəndində səyyar qəbul keçirdi - FOTOLAR

Oxşar xəbərlər