İlin ən yaxşı futbolçusu kim olacaq? - Ronaldo, Messi və daha 5 futbolçu...

İlin ən yaxşı futbolçusu kim olacaq? - Ronaldo, Messi və daha 5 futbolçu...
  • Dünya / Manşet / İdman

  • Üç ildir dünyanın ən yaxşı futbolçusu adını Kriştiano Ronaldo alır. Portuqaliyalı yenə namizədlər sırasındadır.

    Asiya.az xəbər verir ki, Ronaldo, Lionel Messi və daha 5 futbolçununu adı siyahıda yer alıb. Dekabrın 29-da Dubayda qalibin adı müəyyənləşəcək.

    Ronaldo və Messidən başqa qalan futbolçular İngiltərə klublarını təmsil edir. Namizədlərdən 4-ü “Liverpul”da oynayır. Məhəmməd Salah, Alisson, Sadyo Mane və Vircil van Deykin ən yaxşı olmaq şansı var. Bir də “Mançester Siti”dən Bernardu Silva nazimədlər sırasına düşüb.

    Ən yaxşı məşqçi nominasiyasında Yurgen Klopp (“Liverpul”), Fernandu Santuş (Portuqaliya milli komandası), Erik ten Haq (“Ayaks”), Camel Belmadi (Əlcəzair milli komandası), Massimiliano Alleqri (“Yuventus” – 2018/2019 mövsümündə) yarışacaq.

    2019-cu ilin ən yaxşı komandası “Liverpul”, “Ayaks” və qadınlardan ibarət “Lion” klublarının arasından seçiləcək.

    Yeni kəşf olunan futbolçulardan Anssumane Fati (“Barselona”), Erlinq Holand (“Zaltsburq”), Ceydon Sanço (“Borussiya” Dortmund), Joau Feliks (“Atletiko”) və Kay Haverts (“Bayer”) uğur gözləyəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər