Gürcüstanda azərbaycanlılar qəzaya düşüb - Ölən və yaralılar var

Gürcüstanda azərbaycanlılar qəzaya düşüb - Ölən və yaralılar var
  • Olay

  • Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Asiya.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19:00 radələrində qeydə alınıb.

    Məlumata görə, Marneuli-Qırmızı Körpü magistral yolunun Tsereteli kəndin⁹dən keçən hissəsində "VAZ-2107" markalı avtomobil ötmə əməliyyatını yerinə yetirərkən yolun əks istiqamətindən gələn "Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşub. Minik maşınına daha sonra arxasınca gələn digər "Ford” markalı avtomobil çırpılıb.

    Qəza nəticəsində "VAZ-2107” markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Xəsarət alan orta yaşlı qadın isə xəstəxanaya çatdırılarkən yolda keçinib. Xəsarət alanlar arasında 2 azyaşlının olduğu bildirilir.

    Yerli sakinlərin sözlərinə görə, qəzaya uğrayan hər üç avtomobil Marneuli sakinlərinə məxsus olub, həlak olanlar azərbaycanlılardır.

    Hadisə yerinə polis patrul xidmətinin əməkdaşları cəlb edilib, Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər