Bakıda toyda mübahisə qanla bitdi: iki nəfər bıçaqlandı

Bakıda toyda mübahisə qanla bitdi: iki nəfər bıçaqlandı Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Asiya.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

"Bənövşə” şadlıq sarayında keçirilən toy məclisində yaranan mübahisə zamanı iki nəfər - 1989-cu il təvəllüdlü Əliyev Samir Heydər oğlu və 1976-cı il təvəllüdlü Əliyev Elçin Qadir oğlu bıçaqlanıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. S.Əliyev və E.Əliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər