"Onlar kimi evimi, maşınımı satıb, Türkiyəyə xərcləməyəcəm" - Namiq

"Onlar kimi evimi, maşınımı satıb, Türkiyəyə xərcləməyəcəm" - Namiq
  • Mədəniyyət

  • Meyxanaçı Namiq Qaraçuxurlu Türkiyə şou-biznesinə qatılır...

    Asiya.az xəbər verir ki, sənətçi bu haqda "Zaurla Günaydın" verilişində deyib. O bildirib ki, təklif qardaş ölkədən gəlib.

    Namiq bildirib ki, qarşı tərəflə şərt kəsib. Türkiyədə məşhurlaşmaq üçün pul xərcləyən sənət adamlarına söz atan meyxanaçı bu layihəyə heç bir maddi yatırım etməyəcəyini söyləyib:

    "Mənimlə böyük layihə etmək istəyirlər. Həyata keçirə bilsək, yaxşı olacaq. Türkiyədə də meyxana dinləniləcək. Təklifi alanda mənə qəribə gəldi. İlk onu dedim ki, bəzi sənətçilərimiz evini, maşının satır gedir. Fikirləşməsinlər ki, mən də onlara pul verəcəm.

    Bizim bəzi sənətçilərimiz onları belə öyrəşdiriblər. Mən onlara pul verən deyiləm. Buna da ürək lazımdır. Gücüm çatsa, edərəm. Amma artıq pulum yoxdur ki, verim, özümü Türkiyədə reklam edim".

    Qeyd edək ki, Xalq artistləri Aygün Kazımova, Röya Ayxan Türkiyədə məşhurlaşanlar sırasındadır.
    PAYLAŞ:

    Oxşar xəbərlər