Əvvəl döyüb, sonra at arabası ilə üzərindən keçdi - Azərbaycanda dəhşətli hadisə

Əvvəl döyüb, sonra at arabası ilə üzərindən keçdi - Azərbaycanda dəhşətli hadisə
  • Hadisə

  • Ağdamda mal-qara üstündə mübahisə zamanı bir nəfər ölüb.

    Ağdam rayon Xındırıstan kənd sakinləri Nəsibov Umud Qulu oğlu və Hətəmov Əli Əsgər oğlu arasında mal-qara üstündə mübahisə düşüb.

    Mübahisə zamanı Nəsibov Umud Qulu oğlu həmkəndlisi Hətəmov Əli Əsgər oğlunu döyüb, daha sonran at arabası ilə üzərindən keçib.

    Ağır xəsarət alan H.Əli xəstəxanaya aparılarkən yolda ölüb.

    H.Əlinin meyiti tibbi müayinədən keçmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təfil verilib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər