Qubanın icra başçısı Çexiyadakı şirkətini oğluna satıb –650 MİN DOLLARA

Qubanın icra başçısı Çexiyadakı şirkətini oğluna satıb –650 MİN DOLLARA Qubanın icra başçısı Ziyəddin Əliyev xaricdəki şirkətlərinə dair sənədlərin ortaya çıxmasından təlaşlanıb.

Asiya.az xəbər verir ki, bu iddiayla tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli çıxış edib.

O bildirib ki, xüsusilə son günlər bəzi məmurlarla bağlı qərarlar icra başçısını ciddi narahat edib və izi itirmək üçün Çexiyadakı şirkətinin təsisçiliyindən imtina edib.

Həsənli yazır ki, Çexiya Maliyyə Nazirliyinin reyestr məlumatlarına görə, bir həftə əvvəl, yəni oktyabrın 28-də Brnoda fəaliyyət göstərən “AZ-SERVİCE NR SRO” şirkətinin təsisçisi ilə bağlı dəyişikliklər edilib. “Sənədlərə görə, şirkətin 100 faizlik payına sahib olan Ziyəddin Əliyevin təsisçilik hüququ ləğv edilib, şirkət bütünlüklə icra başçısının oğlu Nicat Əlibəylinin adına rəsmiləşdirilib. Son proseslərdən sonra onun Çexiyadakı şirkətlə tələm-tələsik qərar qəbul etməsi onu deməyə əsas verir ki, bu barədə cənab Əliyevə kimlərsə məsləhət verib. Reyestrə daxil edilmiş son məlumatlara görə, icra başçısının Brnodakı şirkətinin aktivləri 14 milyon 849 min krona (650 min dollar) çatlb”.

Oxşar xəbərlər