Kişi hamiləlik testi etdi, prostat xərçəngi olduğu üzə çıxdı - Testlərin qəribə özəlliyi

Kişi hamiləlik testi etdi, prostat xərçəngi olduğu üzə çıxdı - Testlərin qəribə özəlliyi Qadınların hamiləliyi evdə tez təyin etmələri üçün aptekdən aldıqları kiçik testlər (sidiyi damcıladıb təyin edilən) kişilərin də bəzən zarafatla və marağa istifadə etdikləri əyləncəyə çevrilib.

Asiya.az medicina.az-a istinadən bildirir ki, Amerikada kişi blogerlərdən biri rəfiqəsinin evdə unutduğu testi istifadə edib və orda 2 xətt çıxdığını görüb. "Hamilə olduğunu" öyrənən kişi bunu çəkib instagramda da paylaşıb və minlərlə gülməli rəy gəlib.

Bir neçə həkim isə bu şəklə ciddi yanaşaraq, gənc oğlana prostat və xaya müayinəsindən keçməyi tövsiyyə edir.

Belə ki, XÇQ hormonunu təyin edən bu analiz təkcə hamiləliyi yox, yumurtalıq, prostat xərçəngini də təyin edə bilər.

Belə ki, bu hormon həm qadınlar, həm kişilərdə yumurtalıq və prostat xərçəngindən də yüksək çıxa bilir.

Oxşar xəbərlər