Əhəb Abıyev Daşkəsən rayonu Alaxançallı kənədində qəbul keçirdi - FOTOLAR

Əhəb Abıyev Daşkəsən rayonu Alaxançallı kənədində qəbul keçirdi - FOTOLAR
  • Sosial

  • Noyabrın 6-da Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu Qaraqullar inzibati ərazi vahidinə daxil olan Alaxançallı kəndində olub.

    Asiya.az
    xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev səyyar qəbul-görüşdə çıxış edib. O, çıxışında deyib:

    – Əvvəlki səyyar qəbullarda olduğu kimi bugünkü görüşümüzün də əsas məqsədi siz kənd sakinlərini narahat edən məsələlərin həll edilməsidir. Vurğulamaq istəyirəm ki, vətəndaşların narahatlığına səbəb olan məsələləri sizin öz dilinizdən eşidərək öyrənib, daxili imkanlar hesabına operativ yerində həll edirik, ehtiyac gəldiyi halda isə Prezident Administrasiyasına lazımi məlumat verməklə aidiyyəti nazirliklər və təşkilatlar qarşısında məsələləri qaldırırıq və icrası nəzarətə götürülür.

    Daşkəsən rayonunda da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən həm rayon mərkəzində, həm də kəndlərdə geniş abadlıq-quruculuq işləri aparılır. Belə ki, ötən dövrlərdə Alaxançallı kəndinə gələn yol təmir edilmiş, içməli su və elektrik enerjisi ilə fasiləsiz təminat sahəsində mövcud olan problemlər aradan qaldırılmışdır.

    Sosial sahədə də Alaxançallı kəndində bir sıra işlər görülmüşdür. Xeyir-şər məclislərini keçirmək üçün mağar dəsti siz kənd sakinlərin istifadəsinə verilmişdir.

    Kəndin qazlaşdırılması istiqamətində intensiv işlər görülür və bu problem yaxın vaxtlarda tam öz həllini tapacaqdır.

    Təmiz hava, çay və yaşıllığın olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını Daşkəsənə, o cümlədən Alaxançallı kəndinə cəlb edir. Kənddə onlarla gur çeşməli, şəffaf, müalicəvi əhəmiyyətli mineral bulaqlar vardır. Onların sırasında Turşsu bulağı daha məşhurdur. Yaxın vaxtlarda daxili imkanlar hesabına Turşsu bulağına gedən yolda abadlıq işlərinin görülməsi və iki körpünün salınması üçün tapşırıq verilib.

    Allaxançallı kəndi turizm baxımdan böyük potensiala malikdir və daxili imkanlar hesabına bu istiqamətdə artıq müvafiq təqdirəlayiq layihələr icra edilmişdir. Kənd ərazisində turistlərin qəbul edilməsi məqsədilə pilot olaraq seçilmiş 10 evdə təmir işləri aparılmış, həmin evlərin sahiblərinə təlimlər keçirilmiş və kəndin təbliğat işləri aparılmışdır.

    Bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin rayon əhalisinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

    Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alınıb. Müraciətlər yarasız elektrik dirəklərinin dəyişdirilməsi, qaz xəttinin çəkilməsi, tibb məntəqəsinin tikilməsi, mobil rabitənin keyfiyyətinin yaxşılaşdırıması və şəxsi məsələlər barədə olub.

    Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.

    Qəbul-görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə Partiyanın üzvlük vəsiqələri təqdim olunub.

    Görüşdə çıxış edən sakinlər Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək göstərilən diqqətə və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

    Elmar ƏLİYEV
    RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

    Əhəb Abıyev Daşkəsən rayonu Alaxançallı kənədində qəbul keçirdi - FOTOLAR
    Əhəb Abıyev Daşkəsən rayonu Alaxançallı kənədində qəbul keçirdi - FOTOLAR
    Əhəb Abıyev Daşkəsən rayonu Alaxançallı kənədində qəbul keçirdi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər