Arif Qasımov Nizami rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Arif Qasımov Nizami rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi - FOTOLAR Əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq 06 noyabr 2019-cu il tarixində Ə.Hacıyev küçəsi 23a ünvanında yerləşən mədəni-kütləvi tədbirlər evində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Ə.Hacıyev küçəsi 23a, 23b, 46a, 46b, 46d, 46e, Q.Qarayev 27, 29 ünvanlarında yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.

Asiya.az
xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Qəbulda sakinlər binanın dam örtüyünün təmiri, həyətlərin abadlaşdırılması, ağacların budanması, küçələrin işıqlandırılması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Rayon rəhbəri tərəfindən vətəndaşların müraciət və şikayətləri dinlənilib, onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Oxşar xəbərlər