Olimpiadanın qalibi olan şahmatçılarımız vətənə qayıdıb

Olimpiadanın qalibi olan şahmatçılarımız vətənə qayıdıb Türkiyənin Çorum şəhərində 16 yaşadək şahmatçılar arasındakı Ümumdünya Yeniyetmələr Olimpiadasının qalibi olan Azərbaycan milli komandası Bakıya qayıdıb.

Asiya.az report-a istinadən məlumatına görə, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda federasiya rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, Vüqar Manafov, Əhməd Əhmədzadə, Məhəmməd Muradlı və Aydın Süleymanlıdan ibarət komanda Olimpiadada 16 xal toplayıb. Azərbaycan Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub. Şahmatçılardan ən yüksək nəticəni Aydın Süleymanlı göstərib. O, 9 tura 7 xal qazanıb.

Oxşar xəbərlər