Qurban Qurbanovdan matç sonrası ilk - AÇIQLAMA

Qurban Qurbanovdan matç sonrası ilk - AÇIQLAMA
  • İdman

  • "Qarabağ”ın baş məşqçisi "APOEL” ilə matçdan sonra mətbuata açıqlama verib.

    Asiya.az xəbər verir ki, məşqçi hələ heç nəyin bitmədiyini deyib:

    "Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda məğlub olduq. Futbol belə bir fərqli oyundur. Həm Bakıdakı, həm də bu gün rəqibdən çox qol epizodlarımız olsa da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik".

    Qeyd edək ki, "Qarabağ” APOEL-ə 2:1 hesabıyla məğlub olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər