Toyda qohumlar arasında dava düşüb, xəsarət alan var

Toyda qohumlar arasında dava düşüb, xəsarət alan var
  • Kriminal

  • Kürdəmir rayonunda toyda dava düşüb.

    Asiya.az report-a istinadən xəbər verir ki, hadisə "Muradxan" şadlıq evində qeydə alınıb.

    Belə ki, toya gələn qonaqlar arasında mübahisə yaranıb. Nəticədə Ağcabədi rayon sakini, 1992-ci il təvəllüdlü Quliyev Cəsarət Zəfər oğlu xəsarət alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər