Xətainin yeni icra başçısı Qarabağ qazisidir - DOSYE

Xətainin yeni icra başçısı Qarabağ qazisidir - DOSYE
  • Siyasət / Manşet

  • İlham Əliyev Rafiq Çəpərxan oğlu Quluyevi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib.

    Asiya.az-ın məlumatına görə, Rafiq Quluyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. 1981-ci ildə Ərəvsə kənd orta məktəbində 1-ci sinfə başlayıb, məlum səbəblərə görə 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib.

    1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharibə veteranıdır.

    1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.

    1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışıb.

    21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Başçının müavini, 2013-cü il dekabrından başçının 1-ci müavini vəzifəsində çalışıb.

    2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

    Ailəlidir, 2 övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər