Ölkəsindən qaçan prezident gecə yerdə yatmalı olub - FOTO

Ölkəsindən qaçan prezident gecə yerdə yatmalı olub - FOTO
  • Dünya / Manşet

  • Xalq etirazlarından sonra istefa verməyə məcbur qalan Boliviya prezidenti ölkədən qaçıb.

    Meksika Evo Moralesə sığınacaq verib.

    Asiya.az xəbər verir ki, indi Meksika hökuməti Boliviya prezidentinin harada yerləşməsi haqda məlumat verməkdən boyun qaçırır. Sosial şəbəkələrdə yayılan fotoda isə Moralesin gecə yerdə yatdığı görünür. Şəkildə miçətkən gözə dəyir. Görünür, Morales bununla özünü həşəratlardan qoruyurmuş. Fotoda onun əlində mobil cihaz da nəzərə çarpır.

    Ölkəsindən qaçan prezident gecə yerdə yatmalı olub - FOTO
    Evo Morales
    Meksika xarici işlər naziri Marselo Ebrard Moralesin istirahətə ehtiyacı olduğunu bildirib: “Onun ünvanını deməyəcəyik. Bu adam bir neçə dəhşətli gün keçirib. Mətbuat nümayəndələri ilə nə vaxt görüşmək istəyəcəyi bilinmir”.

    Onun Boliviyanı Meksika təyyarəsində tərk etdiyi deyilir. Təyyarə hətta Paraqvayın paytaxtı Asunsonda yanacaq doldurmaq üçün də dayanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər