Daşkəsən rayonu Quşçu qəsəbəsində sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR

Daşkəsən rayonu Quşçu qəsəbəsində sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR
  • Sosial

  • Noyabrın 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təsdiq olunmuş qrafikə uyğun olaraq Quşçu qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

    Görüş-qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, sakinlər və KİV mənsubları iştirak ediblər.

    Asiya.az xəbər verir ki, qəbulda çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Prezident cənab İlham Əliyevin rəhbərliyi altında son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gücləndiyini, əldə edilən iqtisadi və siyasi uğurlar nəticəsində ölkəmizdə əhalinin həyat səviyyəsinin, rifahının daha da yaxşılaşdığını diqqətə çatdırıb.

    Əhəd Abıyev qəbul olunan dövlət proqramlarının icrası nəticəsində Daşkəsən rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə geniş məlumat verib. Qeyd edib ki, Daşkəsəndə yeni-yeni məktəb binaları, səhiyyə ocaqları və digər sosial obyektlər tikilib, ən ucqar dağlıq ərazidə yerləşən yaşayış məntəqələrinə yollar çəkilib, körpülər salınıb, qazlaşdırma və su təchizatı layihələri icra olunub. Əhalinin fasiləsiz elektrik enerjisi edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

    Rayon rəhbəri vurğulayıb ki, həmin tədbirlər çərçivəsində ötən dövrlərdə Quşçu qəsəbəsində fəaliyyət göstərən uşaq bağçası əsaslı təmir edilib, ərazi qazlaşdırılıb. Respublika əhəmiyyətli Gəncə-Daşkəsən avtomobil yolunun 27-ci km-dən ayrılan yerli əhəmiyyətli Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikinti işlərində son tamalama işləri görülür. Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq, yolboyu 6 yaşayış məntəqəsində yaşayan 3 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı inkişaf edəcəkdir. Bununla yanaşı, yeni tikilən avtomobil yolu bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaqdır.

    Rayon rəhbəri həmçinin qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən də ətraflı danışıb.

    Daha sonra sakinlərin müraciətləri dinlənilib. Sakinlərin müraciətləri yeni su xəttinin çəkilməsi, işlə təmin olunma, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlər barədə olub.

    Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib.

    Qəsəbə sakinləri səyyar görüşlərin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən qaldırılan problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər. Ötən görüşlərdən sonra qəsəbədə böyük genişmiqyaslı abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu bildiriblər.

    Sakinlər göstərilən diqqət və qayğıya görə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

    Elmar ƏLİYEV
    Daşkəsən RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

    Daşkəsən rayonu Quşçu qəsəbəsində sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR
    Daşkəsən rayonu Quşçu qəsəbəsində sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR
    Daşkəsən rayonu Quşçu qəsəbəsində sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR
    Daşkəsən rayonu Quşçu qəsəbəsində sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR
    Daşkəsən rayonu Quşçu qəsəbəsində sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR
    Daşkəsən rayonu Quşçu qəsəbəsində sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər