Yol polisi təsdiqlədi: plyonkaya CƏRİMƏ YAZILMAYACAQ

Yol polisi təsdiqlədi: plyonkaya CƏRİMƏ YAZILMAYACAQ Jalüz pərdələr və plyonka istifadə edilməsinə görə cərimə tətbiq olunmayacaq

Dünəndən etibarən avtomobilin arxa yan şüşələrinə pərdə və plyonkanın vurulmasına görə cərimə tətbiq edilib-edilməməsi müzakirə olunur.

Asiya.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rüfət Quliyev Avtosfer.az-a bildirib ki, bu istiqamətdə müvafiq orqanlara təkliflər göndərilib. Hazırda bu təkliflət baxılma ərəfəsindədir. Bunu nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin tələbi ilə avtomobillərin arxan yan şüşələrində jalüz pərdələr və plyonka istifadə edilməsinə görə cərimə tətbiq olunmayacaq.

Oxşar xəbərlər