Masallı DSMF-də özünü yandıran şəxs danışdı - VİDEO

Masallı DSMF-də özünü yandıran şəxs danışdı - VİDEO
  • Manşet / Olay / Asiya TV

  • Bu günlərdə DSMF-nin Masallı rayon şöbəsində qəribə olay baş verib. Belə ki, nahar fasiləsi ərəfəsində orta yaşlı bir nəfər idarə binasına girərək, özünü yandırmağa cəhd edib.

    Sonradan bəlli olub ki, bu şəxs Masallı rayon Həsənli İnzibati Ərazi dairəsinə daxil olan Köçəkli kəndinin sakinidir.

    Hüseynov Qılman Firudin oğlu adlanan bu şəxs 1978-ci il təvəllüdlüdür. 4 uşağı var. Həyat yoldaşı və özü olmaqla 6 nəfərlik bir ailədən ibarətdir. Özünü yandırmaq istəməsinə cəhd isə ünvanlı sosial yardım almamasına görə olub.

    Asiya.az xəbər verir ki, yaxınlarının bildirdiyinə görə, Qılman Hüseynov həmin vaxt çox əsəbi olub və bilməyib ki, 2016-cı ildən ünvanlı sosial yardım elektron qaydada verilir. Həmçinin o da aydın olub ki, Q. Hüseynov bu vaxta qədər elektron qaydada heç vaxt nazirliyə müraciət etməyib, hətta uşaqlarının şəxsiyyət vəsiqəsi, eləcə də digər lazımı sənədləri hazırlamayıb.

    Olaydan sonra Q. Hüseynov dərhal Masallı Rayob Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Əllərində və bədənin digər yerlərində yüngül yanıqlar olsa da, hazırda əhvalı yaxşıdır.

    Yaxınları onu da bildirib ki, hazırda Q.Hüseynovun sənədləri araşdırılır. Sənədlər müvafiq qaydada hazırlanıb elektron qaydada nazirliyə təqdim edildikdən sonra qanunamüvafiq olaraq ona sosial yardım verilib verilməmək haqqında qərar qəbul ediləcəkdir.

    Hazırda Q. Hüseynov hərəkətlərindən çox peşmandır, belə addım atdığı üçün üzgündür.

    Yaxınları bu peşmançılığı nəzərə alıb onun etirafı olan videonu da redaksiyamıza təqdim ediblər və biz də həmin videonu diqqətinizə çatdırırıq. (Cenubxeberleri.com)


    PAYLAŞ:

    Oxşar xəbərlər