Qənirə Paşayeva məhkəmə və hakimlər haqqında qanunun müzakirəsində önəmli təkliflər etdi - VİDEO

Qənirə Paşayeva məhkəmə və hakimlər haqqında qanunun müzakirəsində önəmli təkliflər etdi - VİDEO
  • Siyasət

  • Millət vəkili Q.Paşayeva MM-də məhkəmə və hakimlər haqqında qanunun müzakirəsində bir sıra önəmli təkliflərlə çıxış edib.

    Asiya.az xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva MM-də məhkəmə və hakimlər haqqında qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsində çıxış edib, məhkəmə sistemindəki bir sıra problemlərdən danışıb və təkliflərlə çıxış edib. Bu gün ən ciddi məsələlərdən birinin məhkəmə-hüquq sistemindəki islahatlarla bağlı olduğunu vurğulayan millət vəkili Q.Paşayeva vətəndaşlarımızın pozulan hüquqlarının bərpası istiqamətində məhkəmələrə üz tutduğunu, hər ay vətəndaşlarımızdan məhkəmə-hüquq sistemində pozulan hüquqlarının bərpası və onlara kömək göstərilməsi ilə bağlı 10-larla məktub və müraciətlərin gəldiyini söyləyib. Məhkəmələr və hakimlər haqqında qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin məhkəmə-hüquq sistemində islahatlara təkan verən önəmli dəyişikliklərdən biri olduğunu deyən millət vəkili Q.Paşayeva qanun layihəsi və dəyişiklikləri dəstəklədiyini xüsusi vurğulayıb və məhkəmə-hüquq sistemində süründürməçiliyin, qeyri-şəffaf halların aradan qaldırılması məsələlərini özündə əks etdirən fərman imzaladığı üçün cənab prezidentə təşəkkür etdiyini bildirib.

    Q.Paşayeva çıxışında bu gün vətəndaşın məhkəmə -hüquq sisteminə inamının güclənməsi üçün məhkəmə qərarlarının ədalətli və obyektiv olması qədər məhkəmə qərarlarının yerinə yetirilməsi mexanizmlərinin təkmilləşməsi və çalışması da çox vacibdir deyib. Millət vəkili Q.Paşayeva məhkəmə qərarlarının icrası məsələsində həllini gözləyən problemlərin də aradan qaldılrılması istiqamətində ciddi addımlar atıllmasına ehtiyac olduğunu deyib. Bu gün alimentlərlə bağlı 100-lərlə məhkəmə qərarlarının icra olunmadığını, icrasında ciddi problemlər olduğunu vurğulayan millət vəkili Q.Paşayeva bu ciddi problemin xüsusi diqqətdə olmasının əhəmiyyətindən danışıb və həllini gözlədiyini deyib.

    Bundan başqa, millət vəkili Q.Paşayeva rayonlarda fəaliyyət göstərən vəkillərin sayının az olması problemindən də danışıb, vəkillik institutunun güclənməsinin vacibliyini bildirib. “Vəkillik insitutunun bölgələrdə güclənməsi, inkişafı, özəlliklə vəkillərin sayının artması məsələsinə xüsusi diqqət ayrılmalı və təcili tədbirlər deyilməlidir” deyən Q.Paşayeva bu məsələyə qısa zamanda baxılmasını xahiş edib, ciddi tədbirlər görməyə səsləyib.

    Millət vəkili Q.Paşayeva həmçinin alternativ müstəqil ekspertizaların yaradılmasınının qanun layihəsində öz əksini tapmasının çox müsbət hal olduğunu vurğulayıb və biz bu dəyişikliyi böyük məmuniyyətlə dəstəkləyirik deyib. Bir sıra vətəndaşların məhkəmə-hüquq sahəsindəki şikayətləri arasında ekpertiza rəylərinə şübhə ilə yanaşmaların olduğunu vurğulayan millət vəkili Q.Paşayeva müstəqil alternativ ekspertizaların yaradılması, vətəndaşların bu istiqamətdə inamının güclənməsinə müsbət təsirini göstərəcək deyib.

    Millət vəkili Q.Paşayeva bir sıra qurumların özünün istintaq qurumlarının olmasının yaratdığı bəzi problemlər, bunun yerinə mərkəzləşmiş istintaq qurumunun daha effektli fəaliyyət göstərə biləcəyi ilə bağlı millət vəkili həmkarlarının səsləndirdiyi təklifləri dətəklədiyini də bildirib və bu gün məhkəmələr və hakimlər haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulan önəmli dəyişikliklərin vətəndaşların bu sistemə inamının güclənməsində rol oynayacağına inanırıq deyib. Amma bu sahədə islahatların davamlı olacağına ehtiyac var deyən Q.Paşayeva MM-də millət vəkillərinin qaldırdığı təkliflərin də müvafiq qurumlar tərəfindən diqqətə alınaraq addımlar atılacağına ümid etdiyini söyləyib.

    Millət vəkili Q.Paşayevanın çıxışını aşağıdakı linkdən izləyə bilərsiniz:

    PAYLAŞ:

    Oxşar xəbərlər