Masallı rayonunun yeni İcra başçısı kimdir?

Masallı rayonunun yeni İcra başçısı kimdir?
  • Araşdırma / Cəmiyyət / Manşet

  • Bu gün prezident İlham Əliyev Masallı rayonunun İcra Hakimiyyətinin başçısı Rafil İsrafil oğlu Hüseynovun vəzifəsindən azad edilməsi haqda sərəncam verib.
    Prezidentin digər sərəncamı ilə o, Ağcabədi rayonuna İcra Hakimiyyətinin başçısı təyin olunub.

    Prezident bundan əvvəl başqa sərəncamla Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Kərim oğlu Məmmədovun vəzifəsindən azad edib. İlham Əliyev Şahin Məmmədovun Masallı rayon İcra Hakimiyyətinin başçısı təyin olunması haqda sərəncam verib.

    Asiya.az-ın məlumatına görə, Şahin Məmmədov isə 1959-cu ildə Bərdə şəhərində anadan olub. Bioqrafiyasında yazılır ki, əmək fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1975-1983-cü illərdə «Azelektromontaj» idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə o vaxtkı Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirib.

    Şahin Məmmədov da keçmiş komsomolçudur. 1983-1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib işləyib. 1992-1993-cü illərdə Maliyyə Nazirliyinin «Azəraudit» mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995- ci illərdə Bərdə rayon İcra Hakimiyyəti başcısının sosial - iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində çalışıb.

    2004-cü ildə Samux rayon icra hakimiyyətinin başçısı, 2005-ci ilin dekabrında isə Ağcabədi başçısı təyin olunmuşdu. Və 14 ildir həmin vəzifədə işləyirdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər