“İcbari tibbi sığorta sosial xarakter daşıdığından bütün ölkə əhalisini əhatə etməlidir” - Rəsmiyyə Sabir

“İcbari tibbi sığorta sosial xarakter daşıdığından bütün ölkə əhalisini əhatə etməlidir” - Rəsmiyyə Sabir
  • Sosial

  • Məlum olduğu kimi, 2020-ci yanvarın 1-dən ölkəmizdə icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur.

    Asiya.az xəbər verir ki, İcbari tibbi sığortanın üstünlükləri və onun tətbiqi zamanı yarana biləcək problemlərlə bağlı iqtisadçı-ekspert, Türkdilli Dövlətlərin İqtisadçıları Birliyinin sədri, AMEA İqtisadiyyat İnstitutunun Elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva bildirib ki, icbari tibbi sığorta əhalinin sosial müdfiəsinin gücləndirilməsi nöqtəyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. İcbari tibbi sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem, sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. İcbari tibbi sığortanın bir sıra üstünlükləri vardır. Belə ki, o, dünyada səhiyyənin maliyyələşməsinin ən mütərəqqi üsullarından hesab olunur. İcbari tibbi sığorta səhiyyə sistemində şəffaflığı, tibbi xidmətlərin keyfiyyətini artırır, tibbi personalın əmək haqlarını yüksəldir, əhalinin sağlamlığı daha etibarlı şəkildə qorunur, əhalinin tibbi xidmətlərə xərclədiyi vəsaitlərin payını azaldır və s. İqtisadçı-ekspert vurğulayb ki, bütün bunlar icbari tibbi sığortaya keçidin nə qədər zəruri olduğunu bir daha sübut edir:

    “Lakin ölkəmizdə icbari tibbi sığortaya keçidin mərhələləli şəkildə, yəni əvvəlcə bir və ya bir neçə iqtisadi rayonda tətbiq olunmasını onun səmərəli fəaliyyəti nöqteyi-nəzərindən vacib hesab edirəm. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə reallaşdırdığımız “İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” layihəsinin icrası zamanı da ölkəmizdə icbari tibbi sığortaya keçidin mərhələlərlə (təbii ki, yaxın müddətdə) olmasının daha səmərəli olacağına bir daha əmin olduq. Düşünürəm ki, yeni sistem nə qədər mütərəqqi olsa belə, onun tətbiqi zamanı bir sıra problemlər meydana çıxacaqdır. Bu problemlərin öyrənilməsi və aradan qaldırılması digər iqtisadi rayonlarda və ya bölgələrdə bu sistemin səmərəli fəaliyyətinə zəmin yaradacaqdır. Onu da qeyd edim ki, hazırda icbari tibbi sığorta sisteminin çox uğurla fəaliyyət göstərdiyi ölkələrdə də bu mexanizmin tətbiqi mərhələlərlə həyata keçirilmişdir. Bunlarla yanaşı, icbari tibbi sığortanın tətbiqi zamanı mühüm məsələlərdən biri də bütün əhali qrupları üçün onun əlçatar olmasıdır. Düşünürəm ki, icbari tibbi sığorta sosial xarakter daşıdığından bütün ölkə əhalisini əhatə etməlidir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər