İranda 1000-ə yaxın etirazçı saxlanıldı

İranda 1000-ə yaxın etirazçı saxlanıldı
  • Dünya

  • İranda kütləvi nümayiş və iğtişaşlar zamanı minə yaxın insan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

    Etiraz aksiyaları ölkənin 1080 şəhər və yaşayış məntəqələrində qeydə alınıb. Nümayişçilərin hüquq mühafizə orqanları ilə toqquşması nəticəsində təhlükəsizlik xidmətinin əməkdaşları ölüb. Ölümlərin böyük qismi etirazçıların neft anbarları və hərbi obyektlərə hücum etmək niyyəti ilə bağlıdır.

    Kirmanşah əyalətinin qubernatorunun sözlərinə görə, eyni anda bir neçə terror qruplaşmasının döyüşçüləri İranda etiraz dalğasını alovlandırıb. Qubernatorun qeyd etdiyi kimi, məhz bu insanlar polislərə hücum edib və ictimai mülkü dağıdıb. Qubernator onların qanun qarşısında cavab verəcəklərini bildirib. (Qafqazinfo.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər