Dələduz iş adamı həbsdən çıxır

Dələduz iş adamı həbsdən çıxır
  • Araşdırma / Cəmiyyət / Manşet

  • 12 il həbs cəzası alan “Sahil-D” və “Real” MTK-ların sahibi İlham Qasımov ilin sonuna qədər ev dustaqlığına buraxıla bilər...

    Bir çox vətəndaşa və Sahibkar Gülağa Tənhaya “atdığı” milyonlara görə dələduzluq maddəsi ilə 12 il həbs cəzasına məhkum edilən “Real” MTK və “Sahil-D Company” şirkətləinin sahibi İlham Qasımov yaxın vaxtlarda həbsdən çıxa bilər.

    Asiya.az xəbər verir ki, bu barədə pia.az-a daxil olan məlumata görə İlham Qasımovun vəkillərinin və ailəsinin uzun müddətdir apardığı danışıqlar onun həbsdən çıxması ilə nəticələnə bilər. İş adamının ailəsinə yaxın olan şəxslərin iddiasına görə yaxın həftələrdə onun cəzası 12 ildən 8 ilə endiriləcək və yerdə qalan 4 il həbs müddətini səhhəti ilə əlaqədar Məntəqə Tipli Cəzaçəkmə Məntəqəsində çəkəcək. Məlumata görə İlham Qasımovun ailəsi dələduz iş adamın həbsdən azad olunması üçün nüfuzlu bir məmurun köməyindən istifadə edir.

    Bu gün yayılan məlumatda isə İlham Qasımovun oğlu Lətif Qasımova da Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Məhkəmənin hökmü ilə dələduzluqda ittiham olunan Lətif Qasımov və Zaur İsayeva şərti cəza verilib. İttiham aktına əsasən, L.Qasımovla Z.İsayev Təranə Dünyamalıyevaya qarşı 100 min manatdan çox dələduzluq ediblər.

    Xatırladaq ki, bir müddət öncə azadlığa çıxan İlham Qasımovun bacısı oğlu “Real” MTK şirkətinə rəhbərlik edən Sahil Cahangirlinin yenidən dələduzluq üstündə həbs olunduğu deyilir.

    Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

    Mövzuya qayıdacağıq...

    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər