Daşkəsən rayonu Pirverdilər kəndində sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR

Daşkəsən rayonu Pirverdilər kəndində sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR
  • Sosial

  • Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev noyabrın 27-də növbəti səyyar-qəbul görüşünü rayonun ucqar dağlıq yaşayış məntəqələrindən olan Pirverdilər kəndində keçirib.

    Asiya.az xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

    Rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmadi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan Əhəd Abıyev səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində operativ addımların atılması olduğunu bildirib.

    Rayon rəhbəri çıxışında cari ildə Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə də ətraflı məlumat verib.

    Əhəd Abıyev ötən müddət ərzində Qabaqtəpə kənd inzibati ərazi vahidliyinə daxil olan Pirverdilər kəndində bir çox işlərin görüldüyünü, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımların atıldığını qeyd edib. Diqqətə çatdırıb ki, Pirverdilər kəndi ərazisində rayonun daxili imkanları hesabına tikilmiş hər birinin ümumi uzunluğu 28,4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi 8 m olan müasir tipli 2 ədəd körpü 2015-ci ilin 24 dekabrında – möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ad günündə sakinlərin istifadəsinə verilmişdir. Hazırda isə Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun əsaslı surətdə yenidənqurulmasında son tamamlama işləri görülür, o cümlədən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun yenidən qurulması üçün müvafiq sənədlər işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Əhalinin elektrik enerjisi, rabitə və içməli su ilə təminatı, məşğulluğunun artırılması daim diqqətdə saxlanılır.

    Sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər Pirverdilər-Astaf avtomobil yolunun təmiri, kəndarası yolda olan su keçidinin təmiri və digər şəxsi məsələlər barədə olub.

    Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin göstərişi ilə sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerində həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

    Kənd sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


    Daşkəsən rayonu Pirverdilər kəndində sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR
    Daşkəsən rayonu Pirverdilər kəndində sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR
    Daşkəsən rayonu Pirverdilər kəndində sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR
    Daşkəsən rayonu Pirverdilər kəndində sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR
    Daşkəsən rayonu Pirverdilər kəndində sakinlərinin səyyar qəbulu keçirildi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər