Prokuror kriminal avtoritetə cəza istəyib

Prokuror kriminal avtoritetə cəza istəyib Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və saxlamaqda ittiham edilən, 1975-ci il təvəllüdlü Hüseynov Rafael Oktay oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Asiya.az xəbər verir ki, prokuror Rafael Hüseynovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclası dekabrın 6-da davam edəcək.

Qeyd edək ki, R.Hüseynov kriminal aləm üzvü olub. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham verilib.

Rafael Hüseynov daha əvvəl də qəsdən adam öldürmə ilə Rusiyada cəza çəkib.

Kriminal avtoritet kimi tanınan Hüseynov Rafael Oktay oğlu sonuncu dəfə saxlanılan zaman evində beş kiloqramdan çox marixuana aşkarlanıb. Rafael Hüseynovun saxlanılması üçün keçirilən əməliyyatda tanınmış qaydasız döyüşçü, dünya çempionu, hazırda Daxi İşlər Nazirliyinin əməkdaşı, polis zabiti olan Bəxtiyar Abbasov rəhbərlik edib.

Oxşar xəbərlər