“Ulu Göyçə” jurnalisti hədələdi - VİDEO

“Ulu Göyçə” jurnalisti hədələdi - VİDEO
  • Araşdırma / Cəmiyyət / Manşet / Asiya TV

  • “Sizə kim ixtiyar verib, bizə məxsus xəbəri yayımlayasız? Sizi məhkəməyə verəcəyik”

    İki gün öncə saytımızda “Ulu Göyçə”nin AA seriyalı avtomobili qaydaları necə pozu? - ” başlıqlı xəbər getmişdi. Xəbərdə, Noyabrın 29-da, saat 17 radələrində Zərdabi küçəsi, Qələbə dairəsində 10 AA 322 dövlət qeydiyyat nişanlı “Mercedes Benz S 560” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığının sönməsini sona qədər gözləməyib hərəkəti davam etdirərək kameralara düşməsindən və sözügedən avtomobilin “Ulu Göyçə” MMC-yə məxsus olduğunu yazmışdıq. Həmin Avtomobilin idarə etmə hüququ Eyvazov Kənan Rəsul oğluna aiddir.

    Asiya.az-ın əməkdaşı “Ulu Göyçə” MMC ilə əlaqə saxlayıb məsələylə bağlı açıqlama istəsə də, qarşı tərəf məlumat verməkdən imtina etmişdi. Bu xəbər yayımlanandan 2 gün sonra, dekabrın 2-də “Ulu Göyçə”-dən saytımıza zəng edərək hədə-qorxu gəliblər:

    “Sizə kim ixtiyar verib, bizə məxsus xəbəri yayımlayasız? Sizi məhkəməyə verəcəyik”. Bildirək ki, medianın işi olayı işıqlandırmaqdı. Jurnalistə nəyi və necə yazmağı işlədiyin qurumun redaktoru deyə bilər. Şirkət rəhbərinin nə belə bir görəvi var, nə də mənəvi haqqı. Xəbərdə adı keçən şəxs xəbərin doğruluğuyla bağlı etiraz edə, öz fikirlərini söyləyə bilər. Halbuki, biz onların mövqelərini bildirmələri üçün dəfələrlə əlaqə saxlamağa cəhd etmişik. Amma cavab gəlməyib. Bundan başqa ortalıqda əlahəzrət fakt var - qanun pozuntusunun görüntüləri hər yerdə yayılıb, eləcə də sosial şəbəkələrdə. Belə olan halda şirkətdən Asiya.az-ın əməkdaşına hədə qorxu gəlməyin adı nədir?

    Onu da bildirək ki, “Ulu Göyçə” MMC-nin prezidenti Vasif Sultan oğlu İsmayılovdur. Vasif İsmayılov Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının, Dövlət Bələdiyyə İdarəetməsi fakültəsində çalışır, eyni zamanda Yasamal Bələdiyyəsinin üzvüdür.

    Asiya.az-a etibarlı mənbədən daxil olan məlumatda qeyd edilir ki, Vasif İsmayılov qarşıdan gələn parlament seçkilərinə hazırlaşır. Amma bununla belə rəhbərlik etdiyi şirkətdən jurnalistə hədə-qorxu gəlinir.
    Xatırladaq ki, “Ulu Göyçə” MMC tikinti şirkətidir. Adı gedən video görüntünü oxuculara bir daha təqdim edirik. Göstərmək istəyirik ki, biz nəyisə yalan yazmamışıq və ortalıqda olan video görüntü əsasında material vermiçik. Bu da qanunla qadağan deyil və jurnalistin birbaşa işidi.

    PAYLAŞ:

    Oxşar xəbərlər