Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat
  • Cəmiyyət

  • Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

    Asiya.az xəbər verir ki, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, polis polkovnik-leytenantı Şahlar Cəfərov Tovuz Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

    Qeyd edək ki, bir müddət əvvəl Tovuz RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Elçin Əsgərov rayonun Regional Mühafizə İdarəsinə rəis təyin edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər