Cavid Qurbanovun şirkəti fəhlələrin pulunu vermir

Cavid Qurbanovun şirkəti fəhlələrin pulunu vermir “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova məxsus olan “Azəryol Tikinti” MMC-nin rəhbərliyi bizi 4 ay qul kimi işlədib əmək haqqımızı vermək istəmir. Nəticədə də aclıq içində yaşamağa məhkum olmuşuq”.

Bu sözləri Asiya.az-a “Azəryol Tikinti”də işləyən, amma maaşlarını ala bilməyən bir qrup sakin deyir. Onların sözlərinə görə, Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisini həyata keçirən şirkətin rəhbəri Azər Hüseynov vətəndaşları 4 ay işlədib və sonra haqlarını verməyib.

“Dəfələrlə Azər Hüseynovdan maaşımızı tələb etdik. O isə bizə bildirdi ki, ona pul verilmir. Hətta dedi ki, hara istəyirsiz şikayət edin, hər yerdə məni müdafiə edəcəklər. Azər Hüseynov Cavid Qurbanovun əlaltısıdır. Biz indi çıxılmaz vəziyyətdə qalmşıq. 4 ay qul kimi işlədik ki, mağazalardan nisyə aldığımız ərzağın pulunu ödəyək, amma Azər Hüseynov bizi aldatdı, haqqımızı yedi”, - deyə vətəndaşlar etiraz edirlər.

Şikayətçilər Azər Hüseynov barədə Qəbələ və Ağdaş rayon prokurorluğuna şikayət ərizələri ilə müraciət ediblər, amma bunun heç bir nəticəsi olmayıb. İndi onların bircə ümidi ölkə başçısı və onun xanımınadı.

“Biz aldadılmış insanlar mətbuat vasitəsi ilə prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun yaxın adamı olan, bizi qul kimi işlədib əmək haqımızı mənimsəyən Azər Hüseynovun barəsində qanunu tədbirlər görəsiniz”.

Mövzunu diqqətdə saxlayacağıq...

Asiya.az

Oxşar xəbərlər