Azərbaycanda ilk internet serial çəkilir - Bu dəfə həkim olacaqlar

Azərbaycanda ilk internet serial çəkilir - Bu dəfə həkim olacaqlar
  • Mədəniyyət / Asiya TV

  • Azərbaycanda ilk dəfə internet serialın çəkilişlərinə başlanılıb.

    Azərbaycan Film Akademiyasının istehsalı olan, tibbi mövzuda lentə alınan ekran işi "Sayrışan işıqlar” adlanır. Serialda baş rolları Rəşad Kəsəmənli, Aysel Nazim, Elnar Qarayev canlandırır.

    Layihənin rəhbəri, eyni zamanda quruluşçu rejissoru Zaur Tahirsoy bildirib ki, internet serialın izləyicilər tərəfindən maraqla qarşılanacağına inanır: "Əlbəttə, Azərbaycanda belə təşəbbüsə ilk cəhd etmək cəsarətlə yanaşı fədakarlıq tələb edirdi. Hələ 2016-cı ildə bu layihə haqqında danışanda bizi ciddiyə almırdılar. Amma bu gün layihəmə inanan və işinə sevgiylə yanaşan komanda ilə bu işin öhdəsindən gəldik. Dekabrın ortalarına layihəmiz təqdim olunacaq, böyük qala gecəsi keçirəcəyik. Ondan sonra bölümlər "Medplus TV” yutub kanalına yüklənəcək.

    İnanıram ki, bu layihədən cəsarətlənərək bir çox kino istehsalçıları internet serialına start verəcək. Çünki bu sahənin inkişafı Azərbaycan kino sektoruna yeni nəfəs gətirəcək. Filmin quruluşçu operatoru Elvin Əsgərov, ikinci rejissoru Böyükağa Əliyev, səs rejissoru Vüqar Sübhandır”.

    Aktrisa Aysel Nazim isə bildirib ki, ilkə imza atmaq hər zaman onu həyəcanlandırır: "Hər zaman düşünürdüm ki, bizdə niyə internet seriallar çəkilmir. Bilirəm ki, bu maddiyyat tələb edir. Sponsorlar, şirkətlər bu cür layihələrdən qaçmamalıdır. Maraqlı bir layihədə olmaq məni həyəcanlandırır. Uğurlu iş olacağına inanıram. Bütün komandaya uğurlar arzulayıram”.


    PAYLAŞ:

    Oxşar xəbərlər