YAP-ın ən məşhur deputatı parlamentə getmir? - Partiyadan açıqlama

YAP-ın ən məşhur deputatı parlamentə getmir? - Partiyadan açıqlama
  • Siyasət

  • 9 fevral 2020-ci il tarixinə təyin edilmiş Milli Məclisin növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasının (MSK) dünənki iclasında təsdiqlənib.

    MSK-nın qərarı ilə Yeni Azərbaycan Partiyasının maliyyə məsələləri üzrə nümayəndəsi kimi V çağırış Milli Məclisin deputatı – YAP icra katibinin müavini Siyavuş Novruzov qeydə alınıb.

    Sosial şəbəkələrdəki bəzi iddialara görə, Siyavuş Novruzovun növbədənkənar parlament seçkilərində YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilməsi dolayısı ilə onun deputatlığa namizədliyinin irəli sürülməyəcəyini ortaya qoyub.

    Modern.az bu iddialarla bağlı YAP-ın mövqeyini öyrənib. Partiyanın mətbuat katibi Hüseyn Paşayev əməkdaşımıza bildirib ki, bunun məsələyə aidiyyəti yoxdur: "Proses həmişə belə olub”.

    YAP rəsmisi qeyd edib ki, Siyavuş Novruzov ilk dəfə deyil ki, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunur: "Siyavuş Novruzov həm parlament, həm bələdiyyə, həm də prezident seçkilərində maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə olub”.

    "Ancaq Siyavuş Novruzovun YAP tərəfindən deputatlığa namizədliyinin verilib-verilməməsi barədə bir söz deyə bilmərəm. Sadəcə olaraq, dediklərinizin məsələyə aiddiyatı yoxdur. Qanunla məsələ bu cür tənzimlənir”,-deyə Hüseyn Paşayev əlavə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər