Oqtay Gülalıyev gözünü açdı

Oqtay Gülalıyev gözünü açdı
  • Cəmiyyət

  • Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müsbət dinamika qalır...

    Asiya.az xəbər verir ki, hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyevanın sözlərinə görə, bir həftədən çoxdur Oqtayın hərarəti yüksəlmir, böyrəklərində kreatinin səviyyəsi azalıb və daha rahat nəfəs alır:

    “Oqtay artıq sağ gözünü açır. Həkimlərin sözlərinə görə, komadan ayılma ehtimalı artır, amma buna hələ zaman lazımdır”.

    Qeyd edək ki, O.Güləliyev qəzadan sonra onu vuran sürücü Kənan Abdullayev tərəfindən “Semaşko”ya aparılıb, oradan isə “City Hospital” xəstəxanasına aparılaraq əməliyyat olunub.

    Komada olduğu üçün ailəsinin istəyi ilə Heydər Əliyev Fondunun yardımı əsasında müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər