Videodan yol polisinin yük maşınlarının sürücülərindən "postun pulu" adı ilə 10 manat istərən YPX əməkdaşı əks olunub.
Məsələyə aydınlıq gətirmək üçün Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. BDYPİ-nin HTT və İQƏŞ-nin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, təqdim olunmuş video görüntüyə baxış keçirilib.
“Yayılan video ilə bağlı araşdırma aparılacaq. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək”, - deyə Rüfət Quliyev bildirib.