İcra hakimiyyətinin sabiq əməkdaşı həbs edildi - SON DƏQİQƏ !!!

İcra hakimiyyətinin sabiq əməkdaşı həbs edildi - SON DƏQİQƏ !!!
  • Manşet / Hadisə

  • Saatlı rayon İcra Hakimiyyətinin (RİH) sabiq əməkdaşı həbs olunub.

    Asiya.az APA-ya istinadən xəbər verir ki, Saatlı RİH-də Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiyanın keçmiş əməkdaşı Ağayev Nəriman Mirhadı oğlu Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edilir ki, adı çəkilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək onları aldadıb, bir neçə nəfərdən dövlət hesabına fərdi yaşayış evlərinin tikilməsi məqsədi ilə külli miqdarda pul alıb.

    Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər