Oqtay Gülalıyev gözlərini açmağa başlayıb

Oqtay Gülalıyev gözlərini açmağa başlayıb
  • Cəmiyyət

  • Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev gözlərini açıb.

    Bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib.

    Onun sözlərinə görə, O.Gülalıyev gözlərini açmağa başlayır:

    "Atam bu gün uzun zamandır tərpətmədiyi sol gözünü az da olsa aça bildi. Artıq hər iki gözünü açmağa başlayır. Ümid edirik ki, tezliklə komadan ayılacaq və aramıza geri dönəcək".

    Dekabırın 26-da Bizimyol.info-ya məlumat verən Təbriz Gülalıyev: “Həkimlər atamın daxili orqanlarda vəziyyətin yaxşılığa doğru getdiyini deyirlər. Sağ gözünü arada açır. Bir həftədən çoxdur hərarəti yüksəlmir”,-deyə bildirmişdi.

    Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər