Milli Məclisin ən stajlı deputatları: onlar yenə namizəddirlər

Milli Məclisin ən stajlı deputatları: onlar yenə namizəddirlər
  • Siyasət / Manşet

  • Növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca deputatlığa namizədlərin siyahısı da hamının marağını cəlb edir. Namizədlər arasında ilk cəhdini edənlər də var, bir neçə dəfə seçilsə də, yenidən namizəd olanlar da.

    Bəzi namizədlər var ki, nə az, nə çox, düz 5 dəfə Milli Məclisə keçirilmiş seçkilərdə qalib gələrək mandatı əldən verməyib. Hətta Ali Məclisdən bəri deputat olanlar belə var. Həmin deputatlar hazırda altıncı çağırış Milli Məclisin deputatı olmağa da iddialıdırlar.

    Asiya.az Modern.az-a istinadən birinci, ikinci, üçüncü, dördüncü, beşinci çağırış Milli Məclisdə təmsil olunan və altıncı çağırış Milli Məclisə seçkilərdə də namizədliyini irəli sürmüş deputatların siyahısını təqdim edir:

    Hadı Rəcəbli - 74 saylı Lənkəran-Masallı seçki dairəsi

    Vasif Talıbov - 1 saylı Şərur-Sədərək seçki dairəsi

    Fəzail Ağamalı - 60 Saylı Salyan-Neftçala seçki dairəsi

    Fəttah Heydərov - 116 saylı Qəbələ seçki dairəsi

    Ziyafət Əsgərov - 76 saylı Lənkəran-Astara seçki dairəsi

    Eldar İbrahimov - 4 saylı Naxçıvan şəhər seçki dairəsi

    Madər Musayev – 10 saylı Binəqədi üçüncü seçki dairəsi

    İmamverdi İsmayılov - 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi

    Mixail Zabelin - 34 saylı Xətai ikinci seçki dairəsi
    PAYLAŞ:

    Oxşar xəbərlər