YAP-ın yeni namizədləri: İcra başçılarının müavinləri, keçmiş nazirin xalası qızı…

YAP-ın yeni namizədləri: İcra başçılarının müavinləri, keçmiş nazirin xalası qızı…
  • Siyasət / Araşdırma / İdman

  • Yeni Azərbaycan Partiyasnın (YAP) deputatlığa namizədlər siyahısında 75 yeni sima var.

    Həmin şəxslərin heç biri V çağırış Milli Məclisə seçkilərdə deputat olmayıblar.

    YAP-ın ilk dəfə deputatlığa namizəd olan üzvlərinin bəziləri barədə məlumatları təqdim edirik:

    7 saylı Ordubad-Culfa Seçki Dairəsindən namizəd Cəbi Quliyev Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Gənclər Birliyinin sədri, bir ildən artıqdır eyni zamanda Naxçıvan Gənclər Fondunun icraçı direktorudur.

    YAP-ın yeni namizədləri: İcra başçılarının müavinləri, keçmiş nazirin xalası qızı…

    8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyi irəli sürülən Əliyarlı Kubra Məhəmməd qızı YAP-ın Binəqədi Rayon Təşkilatının İdarə Heyətinin üzvüdür. 32 yaşlı xanım namizəd Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur. O, 2006-2010-cu illərdə “Səs” qəzetində müxbir vəzifəsində çalışıb.

    YAP-ın yeni namizədləri: İcra başçılarının müavinləri, keçmiş nazirin xalası qızı…

    46 saylı Şirvan seçki dairəsindən namizəd Quliyev Azər Əli oğlu 2015-ci ildən Milli Məclisdə çalışır. YAP-ın Gənclər Təşkilatının fəallarından olan A.Quliyev 1986-cı il təvəllüdlüdür.

    32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizəd Həsənova Afət Əbil qızı Suraxanı rayon icra hakimiyyəti başçısının müavinidir. Onun bu günlərdə rayonun Hövsan qəsəbəsində, E.Qasımov küçəsi 18 ünvanındakı binanın yanında özünə ikimərtəbəli kommersiya binası tikdirməsi ilə bağlı xəbər yayılmışdı

    Afət Həsənova 2015-ci ildə Quba rayonundan deputatlığa namizədliyini irəli sürmüşdü. O, sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızıdır.

    YAP-ın yeni namizədləri: İcra başçılarının müavinləri, keçmiş nazirin xalası qızı…

    61 saylı Neftçala seçki dairəsindən namizəd YAP Neftçala rayon Təşkilatı Qadınlar Şurasının sədri , Neftçala rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sadıqova Gültəkin Zakir qızıdır.

    Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin direktoru işləyən Səyalə Şahbazova 66 saylı Biləsuvar seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd göstərilib.

    84 saylı Füzuli seçki dairəsindən namizədliyi irəli sürülən Məmmədova Svetlana Gəray qızı Füzuli rayonunun 2 nömrəli orta məktəbin direktorudur.

    YAP-ın yeni namizədləri: İcra başçılarının müavinləri, keçmiş nazirin xalası qızı…

    88 saylı Göyçay seçki dairəsindən Hacıyeva Ləman Amil qızı Göyçay rayon Mərkəzi Xəstəxanasının həkimidir.

    Tovuz rayon təhsil şöbəsinin baş məsləhətçisi Hüseynova Məhəbbət Müsəllim qızının namizədliyi 105 sayı Tovuz seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdür.

    114 saylı Şəki kənd birinci seçki dairəsindən namizəd İsmayılova Südabər Şöyüb qızı Şəki Rayon Təhsil Şöbəsinin müdiridir.

    Bizimyol.info
    PAYLAŞ:

    Oxşar xəbərlər