Rəşad Camalovun namizədliyi əmisinin dəstəyi ilə qeydə alınıb?

Rəşad Camalovun namizədliyi əmisinin dəstəyi ilə qeydə alınıb?
  • Siyasət / Araşdırma / Manşet

  • "Mərhum Yavər Camalovun oğlu Rəşad Camalovun namizədliyi 46 saylı Şirvan şəhər seçki dairəsindən qeydə alınıb"...

    Keçmiş Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rəşid Camalovla bağlı jurnalist Cavanşir Həsənli "fezbook" sosial şəbəkəsində paylaşdığı məlumatda ciddi iddialar irəli sürüb.

    Cavanşir Həsənlinin paylaşdığı məlumatı Olduğu kimi təqdim edirik:

    "Rəşad Camalov faktiki olaraq 2017-ci ildə Rusiya vətəndaşı olub və işadamı kimi tanınıb.

    Onun namizədliyi Şirvan şəhər rəhbərliyində ikitirəlik yaradlb. Belə ki, Şirvanın keçmiş icra başçısı Mərdan Camalov (hazırda Zərdab rayon icra hakimiyyətinin rəhbəri) qardaşı oğlu Rəşad Camalovun seçilməsi üçün öz nüfuz və təsir imkanlarından istifadə edir. Baxmayaraq ki, bu dairədən YAP-ın namizədi şəhərin Gənclər və İdman İdarəsinin rəisi Quliyev Azər Əli oğludur.

    Rəşad Camalovun namizədliyi əmisinin dəstəyi ilə qeydə alınıb?

    Keçmiş icra başçısına sadiqliyi ilə tanınan birinci müavin Samid Abıyev (Mərdan Camalovun vaxtilə köməkçisi olub) Rəşad Camalovun imzatoplama kampaniyasını təşkil edib. Bu işdə Şirvanın axundu Hacı Əvəz Mehrəliyev, bələdiyyə sədri Hacı Kürdoğlu Muradov, Şirvanın Olimpiya İdman Kompleksinin rəhbəri, eyni zamanda bələdiyyə üzvü İlham Səfərov yaxından iştirak ediblər".

    Redaksiyadan: Əgər doğurdan da iddia edildiyi kimi Rəşad Camalova imzatoplama kompaniyasında əmisi Zərdabda otura-otura Şirvanın yerli məmurlarını qardaşı oğlu üçün istifadə edibsə, o zaman MSK 46 saylı Şirvan DSk-nın qərarın ləğv etməli və seçki demokratiyasın bərpa etməlidir. Əks təqdirdə bu 9 fevral da Şirvandakı seçkilərin demokratikliyini kölgə altına alacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər