ABŞ-ın ən çox güvəndiyi ölkə onu tək qoydu

ABŞ-ın ən çox güvəndiyi ölkə onu tək qoydu
  • Dünya / Manşet

  • İranın “İsraili yerlə-yeksan edərik” bəyanatına bu ölkənin baş naziri Benyamin Netanyahu münasibət bildirib.

    Baş nazir deyib ki, general Qasım Süleymaninin öldürülməsindən sonra İranla ABŞ arasında pik həddə çıxan gərginliyə İsrail qoşulmamalıdır.

    ABŞ-ın ən çox güvəndiyi ölkə onu tək qoydu

    Netanyahu

    Asiya.az xəbər verir ki, B.Netanyahu generalın öldürüldüyü hərbi hücumda İsrailin heç bir rolu olmadığını, bu üzdən də ölkəsinin ABŞ-la İran arasındakı gərginliyə daxil edilməməli olduğunu vurğulayıb.

    Netanyahunun bu açıqlaması “İsrail ABŞ-ı bu savaşda tək qoydu” şəklində şərh olunur.

    İsrail mediasının məlumatına görə, baş nazirin sədrliyilə Təhlükəsizlik Şurasının toplantısı keçirilib, bölgədəki proseslərlə bağlı bir sıra mühüm qərarlar verilib. Netanyahu elə həmin toplantıda İran-ABŞ arasındakı gərginlikdən uzaq dayanacaqlarını söyləyib.

    PAYLAŞ:

    Oxşar xəbərlər