İran ABŞ bazalarını bombaladı: təyyarə məhv edildi (VİDEO)

İran ABŞ bazalarını bombaladı: təyyarə məhv edildi (VİDEO)
  • Dünya

  • İranın İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri İraqdakı hərbi bazaya azı 35 zərbə endirib.

    Asiya.az xəbər verir ki, bu barədə isə "Tasnim” agentliyi xəbər verib.

    Raket zərbələri ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbindəki Ayn əl-Əsəd hərbi-hava bazasına endirilib. Raket zərbələrinə görə məsuliyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb.

    Raket atəşinin gedişatında ABŞ-ın Hərbi Hava Qüvvələrinin təyyarəsi İraqın "Ayn-al-Asad" bazasında uçuş-enmə zolağında məhv edilib.

    Qeyd edək ki, raket zərbələri iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq həyata keçirilib.


    PAYLAŞ:

    Oxşar xəbərlər